İstanbul-Tbilisi reysi ləngidi - Təyyarəni ildırım vurdu

İstanbul-Tbilisi reysi ləngidi - Təyyarəni ildırım vurdu
10:37 19 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Atlas global" aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu səbəbdən təyyarə Atatürk hava limanına geri qayıtmağa məcbur olub.

Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra ildırım təyyarəni vurub ki, təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

İnsidentlə bağlı təyyarədə xəsarət alan olmayıb.
Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, həmin təyyarə gecikmə ilə daha sonra reysi davam etdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR