Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir

Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir
10:55 19 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktopark jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təyinat ölkəsinə çevrilməsi nəticəsində ölkəyə gələnlərin və ölkənin ərazisində müəyyən vaxt qalanların, ölkə ərazisindən keçənlərin artması səbəbindən Azərbaycan hökuməti də miqrasiya sahəsində gördüyü tədbirləri mütəmadi olaraq, təkmilləşdirir. BMqT bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə daim əməkdaşlıq edir: "Ölkənin miqrasiya və səhiyyə sahəsində üzləşə biləcəyi çətinliklər ola biləcəksə, onların əvvəlcədən müəyyən edilməsi və qarşısının alınacağı istiqamətində çalşırıq. Miqrasiya Məcəlləsində bu sahə üzrə məsələlər tam olaraq, öz əksini tapıb".

Azərbaycanda miqrasiya sahəsi üzrə qanunvericiliyin mütəmadi olaraq, təkmilləşdiyini deyən S.Aktopark bildirib ki, Azərbaycanda miqrasiya idarəçiliyi sahəsində mövcud olan çox böyük siyasi iradə nəticisində ölkənin sərhədlərdən gəlib-keçmə məsələləri ilə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görürlər. Azərbaycan hökuməti Azərbaycanın miqrasiya idarəçiliyi üzrə milli modelinin inkişaf etdirilməsi üçün çalışır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2767948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR