"Gazelli Group" şirkətindən "Bakı Marşal Klubu"na dəstək

"Gazelli Group" şirkətindən "Bakı Marşal Klubu"na dəstək
10:55 19 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Formula 1 - Azərbaycan Qran Prisi çərçivəsində “Bakı Marşal Klubu”na dəstək göstərəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, əldə olunan razılığa əsasən “Gazelli Group” şirkəti 23-25 iyun tarixlərində Bakıda baş tutacaq Formula 1 - Azərbaycan Qran Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.

“Gazelli Group” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduğunu bildirib: “Şirkətimiz Azərbaycanda baş tutan əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin direktoru və bu qurumun tərkibində fəaliyyət göstərən “Bakı Marşal Klubu”nun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə öz təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar və xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsanı hər zaman diqqət mərkəzinə qoymaq “Bakı Marşal Klubu”nun başlıca dəyərlərindəndir və biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələrini istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.

“Gazelli Group” şirkəti haqqında

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti artıq 18 ildir ki, fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsulları onunla fərqlənir ki, onlar məhz ölkəmizdə yetişən meyvə və tərəvəzlərdən, o cümlədən nar, heyva, xurma, tərxun, reyhan və başqa kənd təsərrüfatı məhsullarından alınan ekstraktlar əsasında hazırlanır.

“Gazelli Group”-un “Aroma Collection” və “Buta” brendləri ölkə vətəndaşları arasında artıq böyük rəğbət qazanıb. Şirkətin elmi ixtirası isə naftalandan alınmış yağ əsasında hazırlanan “Gazelli Skincare” brendi hesab edilə bilər. “Gazelli Group” bu yay mövsümündə də müştərilərini sevindirir. Kompakt ölçüdə və sərfəli qiymətə olan “SunLab” miniatür səyahət dəstində dəri üçün ən zəruri vasitələr var. Ümumillikdə isə Gazelli Group” artıq 100-dən çox vacib aktiv komponentə patent alıb və gündəlik istifadə üçün önəmli olan 500-dən çox məhsul növü, o cümlədən saç üçün şampunlar və balzamlar, maye və quru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənaye məhsulları və başqalarını yaradıb. “Gazelli Group” MDB məkanında yeganə, dünyada isə nadir şirkətlərdəndir ki, GMP sertifikatına malikdir. Şirkətin 12 min kvadrat metr ərazidə yerləşən, müasir avadanlıqlarla təchiz edilmiş fabriki və elmi-sınaq laboratoriyasında 250-dən çox insan fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2767946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR