Azərbaycanda arvad ərini öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda arvad ərini öldürdü - TƏFƏRRÜAT
10:57 19 İyun 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay Rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.
 
Onun ərini hansı səbəbdən qətlə yetirdiyi, hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda, fəhlə kimi çalışdığı bildirilir.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/555568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR