“Bizdə qadın” işıq üzü gördü

Aparıcı Mələk Heydərovanın “Bizdə qadın” adlı ilk kitabı işıq üzü görüb.

Metbuat.az bildirir ki, kitab aparıcının ayrı-ayrı vaxtlarda yazmış olduğu publisistik yazılar toplusundan ibarətdir. Qadının güclü bir varlıq olduğu izah olunan kitabda ailə, cəmiyyət, mental məsələlər öz əksini tapıb. Kitab Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından çapdan çıxıb.

Qeyd edək ki, Mələk Heydərova 2013-cü ildən bəri televiziya sahəsində çalışır. O, 2015-ci ildən dövrü mətbuatda publisistik yazılarla çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR