Azərbaycanın bir qrup jurnalisti Türkiyədə səfərdədir

Azərbaycanın bir qrup jurnalisti Türkiyədə səfərdədir
11:22 19 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə, İstanbul. 19 iyun. REPORT.AZ/ Azərbaycanın müxtəlif KİV-lərini təmsil edən bir qrup jurnalist Türkiyədə səfərdədir.
"Report"un əməkdaşı xəbər verir ki,  Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfərdə jurnalistlər İstanbul, Ankara və Qazantep şəhərlərində olacaqlar.
Belə ki, Ankarada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD), Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) görüş keçiriləcək. Media təmsilçiləri daha sonra Suriyadan gələn qaçqınların yerləşdirildiyi qaçqın düşərgələri ilə tanış olacaqlar.
Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər.
İyunun 18-də başlayan səfər iyunun 24-də başa çatacaq.
Qeyd edək ki, Türkiyə hökuməti, ümumilikdə, dünyanın 40-a yaxın media təmsilçisini ölkəyə dəvət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/media/azerbaycanin-bir-qrup-jurnalisti-turkiyede-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR