Mover.az-dan yeni layihə - www.esgeremektub.com

Mover.az-dan yeni layihə - www.esgeremektub.com
11:24 19 İyun 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

Sərfəli, sürətli və peşəkar çatdırılma xidməti olan Mover.az daha bir sosial layihəsi ilə gündəmə gəlib. Silahlı Qüvvələr Günü ərəfəsində şirkətin dəstəyi ilə www.esgeremektub.com saytı hazırlanıb.

 

Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq.

 

"Mover.az" şirkəti həmçinin APA Holdinglə birlikdə  Silahlı Qüvvələr Gününə ithafən "Salam, əsgər" adlı video çarx hazırlayıb. Video çarxda tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan əsgərinə öz məktubunu oxuyub.  "Mover.az" digər tanınmışları da bu aksiyaya qoşulmağa, Azərbaycan Əsgərinə səslənməyə çağırır. 

 

Respublika Günü ərəfəsində hazırladığı çərçivə vasitəsilə yüzminlərlə "facebook" istifadəçisinin  profilində Cümhuriyyətimizin 99 illiyinin anılmasına dəstək olmuş Mover.az bu dəfə də Silahlı Qüvvələri Günü üçün yeni çərçivə hazırlayıb. Artıq facebook sosial şəbəkəsində yayılmış çərçivə ilə profil şəklini yeniləyən istifadəçilər bu aksiyaya qoşula bilirlər.

 

Qeyd edək ki, istifadəçilər www.esgeremektub.com saytından da profil şəkillərini yeniləyə bilərlər. Bu saytda Azərbaycan Əsgərinə məktub yazmaqla yanaşı, "Salam, əsgər" video çarxını izləmək, digər məktubları oxumaq da mümkündür.

 

Qeyd edək ki, mover.az şirkəti 2015-ci ildə yaranıb. Şirkət Türkiyə alış-veriş saytlarından edilən online sifarişlərin Azərbaycana çatdırılması ilə məşğul olur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR