Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub

Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub
11:47 19 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Göyçay rayonunda qətlə yetirilən şəxsin Ucar rayon sakini tərəfindən öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 18-də rayonun Çərəkə kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.
Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
Meyit eksqumasiya edilib.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.
Qeyd edək ki, mətubatda Sadiq Musayevin arvadı Arzu Musayeva tərəfindən öldürülməsi barədə məlumat yayılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycay-sakininin-arvadi-deyil-basqa-sexs-terefinden-oldurulduyu-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR