"Barselona"da şok ayrılıq

"Barselona"da şok ayrılıq
11:57 19 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubunu dəyişə bilər.  Fanat.Az xəbər verir ki,  bu barədə "Sport1" məlumat yayıb. 


Xəbərə görə, xorvatiyalı futbolçu "Bavariya"nın maraq dairəsindədir. Kataloniya klubunda futbolçu çoxluğu Rakitiçin kənarda qalmasına və oyun təcrübəsinin aşağı düşməsinə gətirib çıxaracağı qeyd olunub. Hətta "Barselona"nın PSJ-dən Marko Verrattini alacağı təqdirdə klubun onun vidalaşacağı bildirilirdi. 


Qeyd edək ki, 29 yaşlı hücumçu "Barselona"ya 2014-cü ildə "Sevilya"dan keçib. Onun transferi 18 milyon avroya başa gəlib. Son mövsümdə isə 32 matçda meydana çıxıb və 5 qola imza atıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotda-ok-ayrlq-t58771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR