İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub
12:02 19 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri-Atatürk hava limanına qayıdıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda iyunun 19-da təyyarənin sərnişinləri jurnalistlərə məlumat verib. 
İnformasiyaya əsasən, təyyarə “Atlas global” şirkətinə məxsusdur. 
“Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, - deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.
Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi geçikir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-stanbuldan-tbilisiye-ucan-teyyareni-ildirim-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR