Suriyalılar üçün tarixi 48 saat başladı...

Suriyada hökumət qüvvələri 48 saatlıq atəşkəs elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Sana” agentliyi məlumat yayıb. Bildirilib ki, terrorçulara qarşı əməliyyatları müvəqqəti dayandıran ordu qüvvələri bu addımıyla sülhün əldə olunması istiqamətindəki səyləri dəstəklədiyini bildirib.

Suriyada silahlar susdu - Ordudan açıqlama

“Atəşkəsin müsbətə doğru dəyişəcəyini gözləmək düzgün olmazdı”.

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

“Düşünmürəm ki, atəşkəs prinsipial şəkildə müsbətə doğru hər hansı dəyişikliyə təkan verə bilsin. Xüsusilə də, indiki dönəmdə atəşkəsin daha kövrək və qısamüddətli olacağını söyləmək üçün əsaslar daha çoxdur. Bir tərəfdən, ərəb ölkələrini iki düşərgəyə ayırmış Qətər böhranı, digər tərəfdən isə İran-ABŞ münasibətlərindəki gərgin notlar Suriyada stabilliyə ciddi təsir göstərən amillərdir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR