Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək

Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək
12:12 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, iyunun 23-25-də Azərbaycan paytaxtında keçiriləcək keçiriləcək "Formula 1" Qran-Pri yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq rejimində işləməsi qərara alınıb.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumata görə, 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-a qədər sərnişinlərə xidmət göstərəcək.
BNA marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu ünvanlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-3-marsrut-xetti-guclendirilmis-rejimde-xidmet-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR