Fikrət Orman: "Azərbaycana gedəcəyimiz dəqiqləşib"

Fikrət Orman: "Azərbaycana gedəcəyimiz dəqiqləşib"
12:12 19 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" klubunun prezidenti Fikret Orman "Vatan" qəzetinə müsahibəsində Azərbaycana bu il gələcəklərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbəri Çin səfərləri başlanğıc olduğunu və ümumilikdə 10-12 ölkəyə getməyi planlaşdırdıqlarını deyib: "Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda "Beşiktaş" azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib. Çin bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz "Real Madrid", "Barselona" və ya "Mançester Yunayted" deyilik. Heyətində Messi, Ronaldo, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".

Qeyd edək ki, "Beşiktaş" iyulun 16-da Çinə gedəcək və 4 günlük səfər müddətində iki hazırlıq matçı keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR