Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb

Boks yarışı zamanı kəllə-beyin travması alan döyüşçü ölüb
12:17 19 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) sabiq iştirakçısı Tim Heyq boks yarışı zamanı aldığı zədədən dünyasını dəyişib.
“Report”un “World Boxing News”a istinadən verdiyi məlumata görə, 34 yaşlı kanadalı idmançı sabiq amerikan futbolçusu Adam Breydvudla döyüşünün 2-ci raundunda nokaut olduqdan sonra kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Döyüşçünün beyninə qan yayılmasının qarşısını almaq üçün əməliyyat aparılsa da, o, komaya düşüb. Bir müddət sonra isə idmançının ürəyi dayanıb.
Qeyd edək ki, Tim Heyq UFC-də keçirdiyi 34 görüşün 21-də qalib gəldiyi halda, 13-də uduzub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boks-yarisi-zamani-kelle-beyin-travmasi-alan-doyuscu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR