Bədənini nümayiş etdirməyi sevən azərbaycanlı aktrisanın qısa don dəbi - FOTO

Bədənini nümayiş etdirməyi sevən azərbaycanlı aktrisanın qısa don dəbi  - FOTO
12:18 19 İyun 2017
117 Şou
Ölkə mətbuatı
A- A+

“Vicdan haqqı” serialının məşhur aktrisası Natavan Əfəndiyeva mini donu ilə yenidən gündəm yarada bilib.

Publika.az xəbər verir ki, gənc aktrisa dünən "Most Fashionable Awards” mərasimində iştirak edib. Gənc ulduz gecə üçün olduqca cəlbedici paltar seçib. Tədbirə tünd göy, mini donda gələn aktrisa gecənin əsas diqqət çəkən ulduzu olub. Aktrisa Publika.az-a verdiyi açıqlamada bildirib ki, geyim məsələsində özünə məhduyyət qoymur:

“Arıq olduğum üçün istədiyim geyimi özümə yaraşdırıram. Hesab edirəm ki, bədən quruluşum istənilən fasonları sınaqdan keçirməyə icazə verir. Ümumiyyətlə qısa ətəkləri bəyənirəm, həm də dəbdədirlər”.

Xatırladaq ki, “Miss Azerbaijan- 2014” gözəllik müsabiqəsinin iştirakçısı olanN.Əfəndiyevanın Rüstəm Cəbrayılovla tərəf müqabili olduğu “Don Marleone” filminin təqdimatında geyindiyi arxası açıq paltarı da gündəm olmuşdu.

Fotolar: Nurlan Gülmməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR