Atasını "Atalar günü"ndə öldürdü - FOTOLAR

Atasını "Atalar günü"ndə öldürdü - FOTOLAR
12:33 19 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir bölgəsində baş verən hadisə mediyada geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, 19 yaşlı Sedat Tunç ilə 33 yaşlı atası Mehmet Tunç arasında dünən axşam saatlarında yaranan mübahisə cinayətlə başa çatıb. 19 yaşlı Sedat mübahisə zəminində 33 yaşlı atası Mehmet Tunça çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib.

Atasının öldüyündən əmin olan gənc dərhal polis bölməsinə gedərək təslim olub. Törətdiyi cinayəti etiraf edən 19 yaşlı Sedat həbs olunub.

Hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək, ki, dünən Türkiyədə "Atalar günü" kimi qeyd edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR