Millimizin futbolçusu Rusiya klubunda

Millimizin futbolçusu Rusiya klubunda
12:37 19 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin və milli komandamızın formasını geyinmiş Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən "Fakel" klubuna baxışa yollanıb. Fanat.Az xəbər verir ki, bu barədə Voronej klubunun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, Samir komandada baxışda olan 14 futbolçudan biridi. O, "Avanqard"la matçın ilk yarısında meydanda olub və real qol şansından yararlana bilməyib. 


Qeyd edək ki, Samir Moskvanın "Lokomotiv" və "Spartak" klublarının yetirməsidi. O, 2014-cü ilin yanvarında "Lokomotiv"dən "Neftçi"yə transfer olunub. Bakı klubunun heyətində 67 rəsmi oyuna çıxaraq 3 qol vurub. 2016-cı ilin fevralında Sloveniyanın "Domjale" klubuna keçən (6 oyun, 163 dəqiqə) futbolçu bu ilin əvvəlində Azərbaycana qayıdaraq AZAL-da çıxış edib (8 oyun, 408 dəqiqə). 


21 yaşlı sol cinah oyunçusu U-19 və U-21 millilərimizin formasını geyinib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-futbolcusu-rusiya-klubunda-t58775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR