Korridada faciə: buğa toreadoru öldürdü - FOTO

Korridada faciə: buğa toreadoru öldürdü - FOTO
12:37 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

İspaniyanın ən məşhur toreadorlarından biri İvan Fandino korridada buğanın buynuzlaması nəticəsində aldığı yaralardan keçinib.

Milli.Az SkyNews-a istinadən bildirir ki, 36 yaşlı İ.Fandino fransanın Mon de Marsan şəhərindəki korridada çıxış edirdi. O, buğanın qarşısında aldadıcı manevr etmək istəyəndə ayağı sürüşüb. Buğa da Fandinonu buynuzlayıb.

Ağır yaralanmış Fandimno hospitala aparılıb, lakin yolda keçinib. Hospitaldan verilən məlumata görə, təcili yardım avtomobilində olarkən İ.Fandino iki dəfə ürəktutma keçirib.

Ötən ilin iyul ayında İspaniyanın şərqindəki Teruel şəhərindəki korridada buğa 29 yaşlı toreador Viktor Barrionu öldürmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR