Azərbaycanda son bir ildə velosipedlər 15% bahalaşıb

Azərbaycanda son bir ildə velosipedlər 15% bahalaşıb
12:42 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanda 2017-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri 10,8%, minik avtomobilləri üçün ehtiyat hissələri 12,7%, velosipedlər 15,3% bahalaşıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi istehlak qiymətləri indeksinə istinadən xəbər verir. 
Qeyd edək ki, 2016-cı ilin eyni dövründə isə illik bahalaşma müvafiq olaraq minik avtomobilləri üzrə 17,3%, onun ehtiyat hissələri üzrə 14,1% və velosipedlər üzrə 69,4% təşkil edib.
Rəsmi statistikaya əsasən, may ayında minik avtomobillərinin qiymətlərində dəyişiklik qeydə alınmayıb. Minik avtomobili hissələri və velosipedlərin qiymətləri isə müvafiq olaraq 0,3% və 0,8% artıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-son-bir-ilde-velosipedler-70-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR