Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək
12:42 19 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 20-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-hava-seraiti-qeyri-sabit-kececek-2017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR