Məleykə Abbaszadə dövlət qulluğunda ən çox hansı sahəyə kadr lazım olduğunu açıqlayıb

Məleykə Abbaszadə dövlət qulluğunda ən çox hansı sahəyə kadr lazım olduğunu açıqlayıb
13:02 19 İyun 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ "Hazırda dövlət qulluğu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) 1500-dən artıq vakant vəzifə təqdim olunub. Bir il ərzində həmin vakansiyalar tutulmalıdır".
"Report" xəbər verir ki, bunu Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu gün dövlət qulluğunda daha çox informasiya texnologiyaları sahəsi üzrə savadlı kadrlara ehtiyac var.
M.Abbaszadə qeyd edib ki, bu günə qədər dövlət qulluğunda çalışan 6000-dən çox insan məhz imtahan əsasında işə qəbul olanlardır: "On ildən çoxdur dövlət qulluğuna qəbul müsabiqə əsasında imtahan şəklində olub. Keçən ilə qədər həm Dövlət İmtahan Mərkəzinin işçiləri, həm də bizə birləşdirilən digər qurumun işçiləri dövlət qulluqçusu idilər. Artıq bu, belə deyil. DİM-in bütün işçiləri vətəndaş cəmiyyətinin üzvləridir". 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/meleyke-abbaszade-dovlet-qullugunda-en-cox-hansi-saheye-kadr-lazim-oldugunu-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR