"Zaman" Teatrının bədii rəhbəri vəfat edib

"Zaman" Teatrının bədii rəhbəri vəfat edib
13:07 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ "Zaman" Teatrının direktoru bədii rəhbəri Hacı Nizami Mirsalayev vəfat edib.
"Report" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Hacı Nizami Mirsalayev 1957-ci ildə Lənkəranda dünyaya gəlib. Orta məktəbi orada tamamlayıb. Bakı şəhərində İncəsənət Universitetini bitirdikdən sonra  Musiqili Komediya Teatrında uzun illər fəaliyyət göstərib. Sonradan 2000-ci ilin yanvar ayından teatrda fəaliyyətə başlayıb, "Zaman" Teatrında bədii rəhbər vəzifəsində olub. Nizami Mirsalayev Xalq artisti Arif Quliyevin satira teatrında onunla birgə səhnəni bölüşməsi ilə də tanınıb

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet/zaman-teatrinin-bedii-rehberi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR