Azərbaycanın magistral kəmərləri ilə bu il 17 mln. ton neft nəql olunub

Azərbaycanın magistral kəmərləri ilə bu il 17 mln. ton neft nəql olunub
13:32 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 17 478,8 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Belə ki, cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 684,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 685,5 min ton tranzit nefti də nəql edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanin-magistral-kemerleri-ile-bu-il-17-mln-ton-neft-neql-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR