"Brent" markalı neftin ucuzlaşması ehtimalları artır

"Brent" markalı neftin ucuzlaşması ehtimalları artır
13:32 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti yaxın günlərdə artaraq 48 dollar/barel səviyyəsini ötməsə, sürətlə ucuzlaşa bilər. 
"Report"un analitik qrupu bildirir ki, neftin qiymətinin düşməsinə fundamental səbəblər kimi ABŞ-da neft ehtiyatlarının və gündəlik neft hasilatının artmağa davam etməsi, Nigeriya və Liviya kimi ölkələrdə hasilatın bərpa olunması amilləri göstərilir. 
Lakin bununla yanaşı, analitik qrupunun texniki təhlilləri göstərir ki, "Brent"in qiyməti 2016-cı il avqustun 1-də başlayan yüksəliş trendini bitirmək üzrədir: "Yaxın günlərdə neft 48 dollar/barel səviyyəsini ötməsə, ilk öncə 44 dollara, daha sonra isə 42 dollara kimi geriləyəcək. Sonradan isə neftin yenidən bahalaşaraq 50-52 dollar/barelə yüksələcəyi ehtimal edilir". 
Qeyd edək ki, hazırda "Brent" markalı neft 47,20 dolla/barelə satılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-markali-neftin-ucuzlasmasi-ehtimallari-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR