Neftin ucuzlaşması Azərbaycana nə vəd edir?

Bu il dünya iqtisadiyyatı üçün kifayət qədər böhranlı il oldu ki, bu da neftin qiymətlərinin düşməsi ilə əlaqədardır.

Metbuat.az xəbər verir ki, bu proses 2014-cü ilin yazında başlayıb və yayda daha da sürətlənib. Qiymətlərdə azalma indi də davam edir. Hazırda dünya bazarında neftin bir barelinin qiyməti (növündən asılı olaraq) 60 ABŞ dollar civarındadır. Halbuki düşməyə qədər neftin bir barelinin qiyməti 110 dolları ötürdü.

Neft ucuzlaşdı

“Neftin qiymətinin düşməsi Azərbaycan üçün külli miqdarda maliyyə itkisi deməkdir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“2014-cü ildən sonra başlanan proseslər - iqtisadi daralma, ümumdaxili məhsulun azalması hamısı neftin qiymətinin düşməsinin nəticəsidir. Hazırda neftin qiymətinin yenidən aşağı düşmək tendensiyası yaranıb. Neftin qiymətinin düşməsi ölkəyə gələn valyuta gəlirlərinin yenidən azalmasına səbəb olacaq. Valyuta gəlirləri azaldıqca isə manata olan basqılar artacaq. Bu ilin ilk 5 ayında ticarət balansında müsbət saldo yaranmışdı. Bunun da yeganə səbəbi neftin qiymətinin 55 dollar civarında olması idi. Yenidən 45-46-47 dollar civarına qədər dəyişib. Qiymətin 10 dollara yaxın düşməsi Azərbaycan üçün gündə təqribən 5 milyon dollar itirilməsi deməkdir. Bu da, təbii ki, valyuta ehtiyatlarında və ticarət balansında ciddi təsirlər yaradacaq”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR