Azərbaycanlı məşhur qadınların intim həyatı...

Metbuat.az azərbaycanlı məşhur qadınların intim həyat və seks haqda düşüncələrini təqdim edir:

Yazıçı-şairə Rəbiqə Nazimqızı


"İntim həyat deyəndə ağlıma insanın ən məhrəm düşüncələri, hissləri, onun evinin, beyninin qapısından içəridəki üzü gəlir. Yəni, cinsi həyatdan bura daxil ola da bilər, olmaya da. Seksə gəlincə, yadıma ən çox məşhur ifadə gəlir: "SSRİ-də seks yoxdur".

Yazıçı Günel Fərhad Emin

"Seks bir qidadır, ünsiyyət vasitəsidir. Sağlam olmalıdır. Necə ki, fiziki qidanı qəbul edəndə, sağlamlığımız üçün yaxşısını seçirik. Seks də intim qidadır, sağlam olmalıdır. Partnyor və sekspozitiv enerji verməlidir, neqativi çıxartmalıdır. Seks həm də bir idman növüdür. Çünki bütün bədən hərəkət edir. Sağlamlıq üçün çox xeyirlidir. Çünki sevişərkən hormonlar yaranır, enerji mübadiləsi başlayır, insan qidasını, sağlamlığı üçün vacib olanları necə seçirsə, seksə qarşı da elə seçkin olmalıdır. Partnyorunu da seçməlidir".

Yazıçı Xanım Əliyeva

"İntim həyat şəxsi deməkdir. Seks isə həyat davamı, övlad dünyaya gətirmək və həzz almaq üçün fizioloji prosesdir".

Jurnalist Rəfiqə Əlisəfa:


"İntim həyat deyəndə ağlıma ilk gələn Dan Bilzerian olur. Bu haqda ətraflı danışmağa bir sözüm yoxdu. Bu mövzu adından da məlum olduğu kimi, insanların intimidir və müdaxilə etmək, qınamaq, ümumiyyətlə, bu haqda danışmaq düzgün deyil. Hər kəsin öz arzuları, seçimləri, doğmaları olduğu kimi, heç kimin burnunu soxmağa ixtiyarı olmadığı bir intim həyatı var. Toxunulmazlığı qorunmalı olan şeylərdən biri hesab edirəm".

Jurnalist Ayşən Ayxan:

"İntim həyat deyəndə adətən bizim insanlar cinsi əlaqəni başa düşür. Amma bu söz iki fərqli mənada işlədilir. İntim, yəni şəxsi, bölüşməyəcəyin məqamlar, mövzulardır. Seks, aydın məsələdir ki, iki insan arasında olan cinsi əlaqədir. Yəni, seksin digər başqa mənası yoxdur, konkretdir".

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR