Həmsədr: "Prezidentlər sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır"

Həmsədr: "Prezidentlər sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır"
14:23 19 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT-nın Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir".

Bunu Bakıda ATƏT-nın Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

"Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır", - deyə rusiyalı diplomat bildirib.

O, ATƏT-nın Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirdiklərini diqqətə çatdırıb.

Diplomat cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib.

"Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik", - deyə diplomat bildirib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR