Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyasının iclası keçiriləcək
14:32 19 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ İyunun 20-də Bakıda iqtisadiyyat, elm, texnika və mədəniyyət məsələləri üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının 7-ci iclası keçiriləcək.
Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar hökumətlərarası komissiyanın həmsədri, Latviyanın nəqliyyat naziri Uldis Auqulis Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-azerbaycan-latviya-hokumetlerarasi-komissiyasinin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR