Türkiyə çempionu Bakıya gəlir

Türkiyə çempionu Bakıya gəlir
14:43 19 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Son iki mövsümdü Türkiyə çempionluğunu heç kimə verməyən “Beşiktaş” Azərbaycana gəlir. Bu barədə klub prezidenti Fikrət Orman danışıb. O, 10-12 ölkəyə səfər etməyi planlaşdırdıqlarını bildirib: "Çin bizim üçün başlanğıcdı. Təkcə Uzaq Şərqi düşünmürük. Pakistan və Hindistanı da içinə alan o bölgədə milyonlarla müsəlman var.

Azərbaycanda çoxlu sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora gedə bilmədik. Amma bu il mütləq gedəcəyik. Qazaxıstana, İndoneziyaya, Malayziyaya gedəcəyik, buralarda matçlar keçirəcəyik”.

Qeyd edək ki, ötən ilin dekabrında "Beşiktaş"ın Azərbaycanda "Qarabağ"la yoxlama oyunu keçirəcəyi xəbərləri yayılmışdı. Ancaq bu səfər gerçəkləşməmişdi.

Türkiyə çempionunun Bakıda “Qəbələ” klubu ilə yoxlama matçı keçirəcəyi iddi olunur.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/203131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR