Bakı sakini ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət alıb

Bakı sakini ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət alıb
14:47 19 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Rəhimov Mehdi Valeh oğlu hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.
O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakini-ayaqyolu-canaginin-uzerine-yixilaraq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR