Rəşad Sadıqov avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçuların siyahısına düşüb

Rəşad Sadıqov avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçuların siyahısına düşüb
14:52 19 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçuların siyahısına düşüb.
“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı kapitan Kuboklar Kuboku, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələləri tarixində bu vaxta qədər ən çox oyun keçirən futbolçuların “beşliy”ində yer alıb. R.Sadıqov buna “Neftçi”, “Qarabağ” və Türkiyənin “Kayserispor” klubundakı çıxışı ilə nail olub.
Siyahıya hesabında 69 oyun olan serbiyalı Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”) başçılıq edir. İkinci sırada 57 oyun keçirən kiprli Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka) qərarlaşıb. Növbəti iki pilləni isə 55 dəfə meydana çıxan belaruslu Viatli Rodionovla (BATE) R.Sadıqov bölüşür.
“Beşliy”i isveçli Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) qapayır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/resad-sadiqov-avrokuboklarin-tesnifat-merhelesinde-en-cox-oyun-keciren-futbolcularin-siyahisina-dus

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR