Azərbaycanlı aktrisa qısa geyimi ilə ovsunladı - FOTO

Azərbaycanlı aktrisa qısa geyimi ilə ovsunladı - FOTO
15:05 19 İyun 2017
189 Şou
Ölkə mətbuatı
A- A+

"Vicdan haqqı" serialının məşhur aktrisası Natavan Əfəndiyeva mini donu ilə yenidən gündəm yarada bilib.

Publika.az xəbər verir ki, gənc aktrisa dünən "Most Fashionable Awards" mərasimində iştirak edib. Gənc ulduz gecə üçün olduqca cəlbedici paltar seçib. Tədbirə tünd göy, mini donda gələn aktrisa gecənin əsas diqqət çəkən ulduzu olub.

Aktrisa verdiyi açıqlamada bildirib ki, geyim məsələsində özünə məhduyyət qoymur: "Arıq olduğum üçün istədiyim geyimi özümə yaraşdırıram. Hesab edirəm ki, bədən quruluşum istənilən fasonları sınaqdan keçirməyə icazə verir. Ümumiyyətlə, qısa ətəkləri bəyənirəm, həm də dəbdədirlər".

Xatırladaq ki, "Miss Azerbaijan- 2014" gözəllik müsabiqəsinin iştirakçısı olan N.Əfəndiyevanın Rüstəm Cəbrayılovla tərəf müqabili olduğu "Don Marleone" filminin təqdimatında geyindiyi arxası açıq paltarı da gündəm olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/555660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR