Ziyarətgahlarda qurban kəsimi üçün pul tələbi...?!"

Bakı ətrafında yerləşən ziyarətgahlar əhalinin böyük əksəriyyətinin üz tutduğu məkanlardır.

Metbuat.az xəbər verir ki, niyyət tutub həmin yerlərdə qurban kəsənlər son zamanlar ziyarətgah işçiləri tərəfindən müəyyən məbləğ tələb olunduğunu deyir.

Görəsən İslam dini məsələyə necə yanaşır?

“Ziyarətgahlarda qurban kəsimi müqabilində pul tələb etmək dinə ziddir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ilahiyyatçı Fuad Pənahlı deyib.

“Qurban kəsmək qurban kəsən insanın niyyəti ilə bağlıdır. Yəni, qurban kəsmək istəyən insan onu istədiyi yerdə, yəni evində də, hansısa bir ziyarətgahda da, məsciddə də kəsə bilər. Yox amma qurban niyyəti eləyəndə hansısa bir məkanda kəsəcəyini qeyd olaraq vurğulayıbsa, mütləq həmin o yerdə kəsməlidir, vacibdir. Əgər ziyarətgahın işçiləri qurban kəsənlərdən pul alırsa ki, guya pul ödəmədiyi təqdirdə qurbanı qəbul olmayacaq, bu, sadəcə həmin ziyarətgahın işçi heyətinin özlərinin yaratdığı qanun-qayda ola bilər. Dində belə şey yoxdur. Pul verilməsə belə, qurban kəsmək mümkündür”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR