"Samtredia": Kaxa Kaladzeni yetişdirən klub

"Samtredia": Kaxa Kaladzeni yetişdirən klub
15:27 19 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.


"Samtredia" klubunun əsası 1936-cı ildə qoyulub. 81 yaşlı klub müxtəlif illərdə “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlanıb. 


"Qarabağ"ın rəqibi ev oyunlarını eyniadlı şəhərdəki Erosi Manzqaladze stadionunda keçirir. Arenanın azarkeş tutumu 15 min nəfərdi.


Komanda 1972-ci ildə Gürcüstan SSRİ çempionatının qalibi olub. Müstəqillik dönəmində ilk uğurunu 1995-ci ildə qazanan "Qarabağ"ın rəqibi Gürcüstan çempionatında ikinci yeri tutub və ilk dəfə UEFA Kubokuna vəsiqə qazanıb. İlk mərhələdə Makedoniya "Vardar"a yenilərək mübarizəni dayandırıb - 0:1, 0:2.


"Samtredia" Avropadakı ikinci sınağına ötən mövsüm çıxıb. Yenə Gürcüstan çempionatında gümüş medal qazanan komanda Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə rəqib olub və iki oyunun nəticəsinə görə məğlubiyyətlə barışıb (1:5, 2:1).


"Samtredia" geridə qalan mövsümdə tarixində ilk dəfə Gürcüstan çempionu olub. Bununla da komanda ilk dəfə Çempionlar Liqasına qatılmaq hüququ qazanıb.


"Samtredia"nın baş məşqçisi Gia Tsetsadzedi. Əsasən yerli futbolçulardan təşkil olunan komandanın heyətində 4 legioner var. Onlardan ikisi Ukraynanı təmsil edir. Bir legioner Rusiya, digəri Qana vətəndaşıdı. 


Gürcüstan futbolunun əfsanələrindən olan Kaxa Kaladze bu komandanın yetirməsidi. Samtrediadada doğulan veteran futbolçu bu komanda "Lokomotiv" adlananda onun formasını geyinib. O, hazırda Gürcüstanın energetika naziridi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsamtrediaquot-kaxa-kaladzeni-yetidirn-klub-t58778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR