Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"

Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"
15:32 19 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ"ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 
O bildirib ki, hazırda Gürcüstan çempionatın davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR