Yeni quyu istismara verildi

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib.

Metbuat.az SOCAR-a istinadən xəbər verir ki, quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR