“Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

“Samtredia”  - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib
16:07 19 İyun 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.
“Report”un məlumatına görə, görüş Tbilisidəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib. 
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq. “Samtredia” ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ni “Zestafoni” stadionunda qəbul edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samtredia-qarabag-oyununun-kecirileceyi-stadion-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR