Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb
16:22 19 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib.
Hücumda 5 terrorçu-kamikadze iştirak edib.
“Birinci qadın terrorçu-kamikadze özünü məscidin yaxınlığında partlatması nəticəsində 7 nəfər ölüb, İkincisi isə özünü evdə partladıb. 5 nəfər bu hadisənin qurbanı olub. 3 terrorçunun isə meyiti aşkarlanıb”, - V.İsuku vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-terror-akti-neticesinde-12-nefer-olub-11-sakin-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR