Böyrək xəstəliklərindən necə qorunaq?

Dünyada 20 milyondan çox insan böyrək xəstəliklərindən əziyyət çəkir”.

Bunu Metbuat.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, nefroloq Elnur Fərəcov deyib: “Təəssüf ki, böyrək xəstəlikləri gizli keçən xəstəlikdir. Bəzi xəstələrdə illərlə heç bir şikayət olmur. Xəstələrin bir qismi böyrək çatışmazlığı dövründə xəstəliyi aşkar edir. Təəssüf ki, bu zaman sağalmaq mümkün olmur”.

Həkimin sözlərinə görə, xəstəliyin bəzi əlamətləri var: "Əgər sizdə yüksək qan təzyiqi, sidikdə qan, qanda kreatinin və sidik cövhəri kimi maddələrin yüksək olması, sidiyə tez-tez getmə zamanı yanğı hissi, aşağı ətraflarda və əllərdə ödem, gözaltında şişkinlik varsa, mütləq həkimə müraciət etməlisiniz.

Həkim Elnur Fərəcov deyib: “Şəkərli diabet, arterial hipertenziya, xroniki qlomerulonefrit, böyrək daşı xəstəliyi, böyrəklərin polikistoz və başqa irsi xəstəliklər, böyrəyin toksiki zədələnməsi böyrək xəstəliklərinə səbəb olur. Həmçinin, düzgün qidalanmamaq, az su istehlakı, hərəkət pozğunluğu, artıq çəki, şəkərin yüksək olması bu səbəblər tək böyrəyi deyil, ürək-damar sistemini də zədələyir.

Böyrəkləri qorumaq üçün nə etmək lazımdır?

Həkim Elnur Fərəcov: "Böyrək daşı, böyrək infeksiyası kimi xəstəliklərin qarşısını almaq üçün mütləq çoxlu maye qəbul etmək lazımdır. Sağlam həyat tərzi keçirmək vacibdir. Düzgün qidalanmaq, artıq çəki varsa, ondan azad olmaq lazımdır. Duz istehlakını mümkün qədər azaltmaq, bol meyvə-tərəvəz yemək vacibdir. İldə 2 dəfə CHECK-UP müayinədən keçmək məsləhətdir".

Aysel Yaqubqızı / Metbuat.az

(Böyrək daşını yox edən qarışıq - XALQ TƏBABƏTİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR