Musiqili Teatr sabah Ağdama gedir

Musiqili Teatr sabah Ağdama gedir
16:52 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrı sabah növbəti səfərə yola düşür.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, Dövlət Musiqili Teatrının kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" ölkə Prezidentinin sərəncamına əsasən baş tutatcaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR