5 qadından 8 uşağı olan müğənninin qardaşı: "Onu sonsuzlaşdırmaq lazımdır" - FOTO

5 qadından 8 uşağı olan müğənninin qardaşı: "Onu sonsuzlaşdırmaq lazımdır" - FOTO
16:57 19 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Əfsanəvi musiqi qrupu "Rolling Stones"un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşağı olan 73 yaşlı sənətçi ilə bağlı ilginc təklif edib.

Kris Caqqer 8 uşağı olan 73 yaşlı böyük qardaşı Mik Caqqer üçün vazektomi (uşaq artırma kanallarının əməliyyatla bağlanması) vaxtının gəldiyini söyləyib.

Milli.Az xəbər verir ki, Sunday Mirror-a danışan Kris "Böyük qardaşım haqqında nə desəniz deyin o, uşaqlarına qarşı çox yaxşıdır. Həqiqətən yaxşı bir atadır. Bütün uşaqları onu sevir. Artıq vazektomi əməliyyatı keçirməlidir", - ifadələrini işlədib.

Həyatına girən 5 qadından 8 uşağı olan, hazırda 29 yaşlı balerina Melanie Hamriklə eşq yaşayan Mik Caqqerin keçən ilin dekabr ayında 8-ci uşağı Deveraux dünyaya gəlib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR