Nazir Almaniya səfiri ilə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixael Kindsqrab arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş zamanı mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli 2290 nömrəli Sərəncamının icrası ilə bağlı tədbirlər planı müzakirə olunub.

Cari ilin 19 sentyabr tarixində YUNESKO Baş Qərargahında, 3-4 oktyabr tarixində isə Bakı şəhərində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin nəzərdə tutulduğu qeyd edilib. Cari ilin 3-4 oktyabr tarixində Bakıda Alman Birliyi Günü, həmçinin AlmaniyaAzərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd ediləcəyi bildirilib. Sonda görüş iştirakçıları hər iki tədbirin əlaqələndirilməsinə dair razılığa gəlib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR