"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin ADLARI

"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin ADLARI
17:22 19 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə,həmin günlər Azərbaycan pros.-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti, Bülbül prospekti- Neftçilər prospeti, Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsində "işıqforun söndürülməsi" siqnal əmri tətbiq ediləcək. Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi - Aleksandr Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küəsi - Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində "döyünən işıq" siqnal əmri tətbiq ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR