"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb

"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb
17:27 19 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olacaq Serbiyanın "Mladost" komandasının baş məşqçisi Nenad Milovanoviç fikirlərini bölüşüb. 48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında püşkatmanın nəticəsindən razı qaldığını bildirib. 
O, futbolçularının klub, Luçani şəhəri və Serbiya adına əllərindən gələnin ən yaxşısını edəcəklərinə söz verib: "Digər potensial rəqibləri nəzərə aldıqda, püşkdən razı qaldığımı deyə bilərəm. Ümumilikdə, nəyəsə ümid etməyə haqqımız var".
Qeyd edək ki, "Mladost"un digər potensial rəqibləri "Trençin" (Slovakiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Daçiya" (Moldova) və "Şirak" (Ermənistan) idi. "İnter" ilk oyunu iyunun 29-da səfərdə, cavab görüşünü iyulun 6-da Bakıda keçirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mladost-un-bas-mesqcisi-i-nter-e-reqib-olmalarindan-razi-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR