Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Britaniyada məscidlərin mühafizəsi gücləndirilir
17:27 19 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib.
“Report” “dw”ya istinadən xəbər verir ki, bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib.
Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.
Xatırladaq ki, iyunun 18-də Londonun şimal-şərqində 48 yaşlı Britaniya krallığı təbəəsinin furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniyada-mescidlerin-muhafizesi-guclendirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR