91 şagirdin qiyməti dəyişdirilib - DİM

91 şagirdin qiyməti dəyişdirilib - DİM
17:29 19 İyun 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.
 
DİM-dən Lent.az-a verilən xəbərə görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
 
Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR