Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

12:57 8 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:50 ]

Bakı. Könül Kamilqızı – APA. Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcə yaxın olacaq.


Sabah Azərbaycanın bölgələrində havanın fasilələrlə yağıntlılı olacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.


Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR