"Qəbələ" klubunun rəqibi müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün UEFA Avropa Liqasınını birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.

Metbuat.az xəbər verir ki, püşkatmada ölkəmizin digər təmsilçisi olan "Qəbələ" klubunun da rəqibi bəlli olub.

Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə – ilk təsnifat mərhələsində qarşılaşacaq “Yaqiellonia Bialistok” (Polşa) və “Dinamo Batumi” (Gürcüstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qəbələ” ilk oyununu iyulun 13-də evdə, cavab qarşılaşmasını isə iyulun 20-də səfərdə keçirəcək.

Sərdar Məmmədov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR