Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb
17:39 19 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Lent.az-ın XİN-nin saytına istinadən verdiyi məlumata görə, görüşdə mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq substantiv danışıqlar yolu ilə onun dəyişdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hal-hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü vurğulayıb.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən məskunlaşdırma, maddi-mədəniyyət abidələrinin talan və məhv edilməsi, qanunsuz uçuşların təşkil edilməsi, iqtisadi fəaliyyətin aparılması kimi məsələlərə toxunub. O əlavə etdi ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni əməlləri münaqişənin həlli üzrə danışıqlara ciddi maneə olur.

Görüş əsnasında həmçinin danışıqlar prosesinin intensivləşdirilməsi dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR