"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib

"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib
17:47 19 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ "Neftçi” futbol komandasının yay hazırlıq planı müəyyənləşib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq “ağ-qaralar” iyulun 24-də ölkə xaricinə yollanacaq.
Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2 - 3-də baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-komandasinin-hazirliq-plani-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR